Türkiyə Azərbaycana gələn Arda Turandan hesab soruşur

1 May 2013 06:59 (UTC+04:00)


Türkiyənin milli futbolçusu, "Atletico Madrid" komandasında oynayan Arda Turanın Azərbaycan səfəri Türkiyə mətbuatı tərəfindən böyük maraqla izlənir. Türkiyə mətbuatı Arda Turanın komandasının Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə iki ölkənin dostluq və qardaşlıq münasibətləri ilə bağlı çıxışını yüksək dəyərləndirib.

Həmçinin Prezident İlham Əliyevə forma hədiyyə edən Arda Turanın xarici görünüşündəki dəyişiklik də mətbuatın diqqətindən yan keçməyib. Mətbuat Bakıya uzun və qarışıq saçlarla gələn Arda Turanın yeni imicindən yazıb. "Nə etdin?" deyə başlıqlarla dərc olunan materiallarda Arda Turanın əvvəlki dönəmlərdə çəkilən fotoşəkilləri yayımlanıb.

Elnur
AzNews.az