Rusiyalı turistlər Misirdə ac qalıb

1 May 2013 07:20 (UTC+04:00)
Misirin Şərm el-Şeyx şəhərinə istirahətə gedən rus turistlər ac qalıb. Qaldıqları oteldə xidmətin səviyyəsindən olduqca narazı qalan turistlər hətta mitinq keçiriblər. 5 ulduzlu "Savita" otelinin müştərilərindən olan turistlərin bildirdiyinə görə, onlara ümumiyyətlə xidmət olunmur, nə yemək. nə içməli su verilir, xidmət personalını görmək isə mümkün deyil.

Bunun səbəbi isə otelin sahibinin dəyişməsi ilə əlaqələndirir. Belə ki, yeni sahibi otelin bütün personalını işdən azad edib. Onların yerinə isə yeniləri işə qəbul olunmayıb. Beləliklə də istirahət üçün Misiri seçən rusiyalı turistlər həm də onlara qarşı ayrı-seçkilikdən şikayətləniblər.

Çünki hazırda oteldə ancaq rusiyalı turistlər qalıb, digər ölkələrdən gələn turistlər isə başqa mehmanxanalara yerləşdirilib.

Elnarə
AzNews.az