Qırğızıstanda zəlzələ oldu

5 May 2019 19:11 (UTC+04:00)

Qırğızıstanda 4,6 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verilən məlumata görə, "UTC" vaxtı ilə saat 06:54-də qeydə alınan yeraltı təkanların episentri Karakol şəhərindən 65 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. (Trend)