İvana Sertden izləyicilərinə sərt cavab - "Ayıbdır"

6 May 2019 10:32 (UTC+04:00)

Türkiyədə yaşayan serbiyalı model İvana Sert bir müddət əvvəl “İmalat Hatası” adlı mahnı oxuyub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İvana Sertin mahnı oxumasından sonra izləyicilərinin bir qismi “21 ildə bizim dili normal öyrənə bilməyib, hələ mahnı da oxuyur” deyib.

İvana Sert bu sözlərə “Dil öyrənmək bacarıq işidir. Mən bu qədər öyrənə və danışa bilirəm. Deyirlər ki, getsin, Serbiyada pul qazansın, bu, ayıbdır. Çünki mənim vətənim Türkiyədir” cavabını verib.

Uzun müddətdir Tarhan Telli ilə sevgili olan İvana evlilik suallarını cavablandırıb: “Evlənməyi düşünmürük, belə yaxşıyıq”.

Qeyd edək ki, İvana Sert məşhur iş adamı Yurdal Sert ilə 7 illik evliliklərini 2013-cü ildə sonlandırıb. Onların bu evlilikdən Ateş adlı oğulları var.

Nigar CƏFƏR

AzNews.az