Gülben Ergen müxbirin "Evlənirsənmi?" sualına belə cavab verdi - "Yaz gəlir"

6 May 2019 11:07 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Gülben Ergenin evlənəcəyi iddia edilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə Gülben Ergenin evlilik barmağına üzük taxması olub.

Dünən alış-veriş mərkəzlərinin birində kameralara yaxalanan müğənni “Evlənəcəyiniz deyilir. Barmağınızdaki üzük evliliyin xəbərçisidir?” suallarından yayınıb.

Gülben Ergen “Yeni mahnım çıxır, klipi Bodrumda çəkmişik. Məktəblər açırıq, yaz gəlir, həyat çox gözəldir” deyib.

Qeyd edək ki, müğənni musiqiçi Emre Irmak ilə sevgilidir.

Nigar CƏFƏR

AzNews.az