Leyla Əliyeva azərbaycanlıları təbrik etdi

6 May 2019 11:24 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan ayının başlaması münasibətilə azərbaycanlıları təbrik edib.

AzNews.az xəbər verir ki, Leyla Əliyeva rəsmi İnstagram səhifəsində bu sözləri yazıb:

“Bütün müsəlman aləmini müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm! Allah hamıya can sağlığı, əmin-amanlıq və rifah qismət etsin! Allah hər kəsə daha çox xeyirxah işlər görmək, hər kəsə hörmətlə yanaşmaq və hər kəsi sevmək, ətrafdakılara nur və xoşbəxtlik bəxş etmək üçün güc versin! Bütün azərbaycanlılara mehribanlıqlarına, açıq ürəklərinə və səmimiliklərinə görə minnətdaram!”.

Rəqsanə

AzNews.az