Şair Dəmir Gədəbəyli vəfat etdi

6 May 2019 11:44 (UTC+04:00)

Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir.(modern.az)

AzNews.az