Məni ittiham etmək üçün hələ də bəhanə axtarırlar - Madonna

6 May 2019 14:13 (UTC+04:00)

“Yaşa görə məsuliyyət daşımaq ayrıseçkilik növüdür”

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu son günlər yaşlanmasına görə tənqid edilən dünya ulduzu Madonna deyib.

61 yaşlı ifaçı “Vogue” jurnalına müsahibəsində bunları bildirib:

“İnsanlar hər zaman məni müxtəlif səbəblərdən susdurmağa çalışıblar: "Yaxşı oxumuram", "istedadlı deyiləm", "ailə qurmamışam" və s. İndi də kifayət qədər gənc deyiləm. Pis fikir söyləyənlər məni ittiham etmək üçün hələ də bəhanə axtarırlar”.

Rəqsanə

AzNews.az