Nailə İslamzadə Leyla Əliyeva ilə bir arada - FOTO

6 May 2019 16:59 (UTC+04:00)

Tanınmış diktor Nailə İslamzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib.

AzNews.az xəbər verir ki, Nailə İslamzadə sosial şəbəkədə Leyla Əliyeva ilə fotosonu paylaşaraq bu sözləri qeyd edib:

“Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində danılmaz rolu olan Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva bu gün Multikulturalizm Mərkəzinin yaranmasının 5 illik tədbirində iştirak edib”.

Rəqsanə

AzNews.az