“Pul əl çirkidir” deyirlər. Amma reallıqda pul çox problemi həll edir. Düzdür, hər şeyi edə bilmir, amma çox şeyi edir.
Bu mövzu ilə bağlı AzNews.az məşhurlara “Bir milyon manatınız olarsa, nə edərdiniz?” sualı ilə müraciət edib.
Aparıcı Afaq Gəncəli: “Bir milyonum olsaydı, Sloveniyada təbiətin qoynunda çox gözəl bir ev alardım. Amma üç-dörd mərtəbəli villa yox, iki otaqlı, xudmani, bacamdan tüstü çıxan kiçik ev. Geridə qalan məbləğə isə qardaşıma, əzizlərimə, kimsəsiz uşaqlara ev tikərdim. Uşaqlara isə şəxsən özüm baxardım”.
Aparıcı Samirə Rəhimova: “Müəyyən qismini “mobil application” üzrə yeni platformalara investisiya edərdim”.
Aparıcı-aktyor İlkin Həsənli: “Bir milyonum olsa iki-üç milyon üçün yatırım edərdim”.
Aparıcı Samir Bayramlı: “Bir milyon manat böyük pul deyil. Bir maşın alsan, evə pul qalmaz. İndiki zamanda rəqəmi yüksək götürmək lazımdır ki, arzularımızı həyata keçirə bilək. Bir milyon manatım olsaydı, şükür edərdim. Və düşünərdim ki, əlavə iki milyonum olsaydı, işlərimi görə bilərdim”.
Müğənni Niyam Salami: “100 mini saxlayıb, qalan məbləği isə nəslimə, dostlarıma, kasıblara paylayardım”.
Müğənni Eldar Qasımov: “Bir milyon manatım olsaydı, bir milyard manat olması üçün iş qurardım”.
Müğənni Səidə Sultan: “Pula ehtiyacı olan bütün insanlara kömək edərdim”
Rəqsanə
AzNews.az