Ədalət Şükürov əfsanəvi pop musiqiçi ilə fotosunu paylaşdı

7 May 2019 12:03 (UTC+04:00)

Almaniyanın tanınmış "Modern Talking" qrupunun məşhur solisti, əfsanəvi pop musiqiçi Tomas Anders Bakıya gəlib.

AzNews.az xəbər verir ki, ölkəmizdə qonaq olan popçu əməkdar artist Ədalət Şükürovla görüşüb.

Ədalət Şükürov sosial şəbəkədə Tomas Anderslə fotosunu paylaşaraq “Bu gün Bakıya gələn əfsanəvi qonağımız Tomas Anderslə. Sonuncu dəfə keçən il Moskvada tədbirdə görüşmüşdük” deyə qeyd edib.

Xatırladaq ki, Tomas Anders bu gün Heydər Əliyev Mərkəzində konsert verəcək.

Rəqsanə

AzNews.az