Forum bəyənnamə qəbul etdi

1 May 2013 10:30 (UTC+04:00)
Azərbaycanda keçirilən "gənc şairələrin Beynəlxalq Forumu" Bakı Bəyənnaməsini qəbul edib.

26-29 aprel 2013-cü ildə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə Bakıda təşkil olunan Birinci "Gənc Şairələrin Beynəlxalq Forumu"nun qəbul etdiyi sənəddə Forumun təşkilinə dəstəyə görə, Gənclər və İdman Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və Prezident Yanında Gənclər Fonduna təşəkkür edərək toplanıtının işini "uğurlu" saydığını bildirlib.

Forum iştirakçıları mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasında yeni nəsil yazarların və şairlərin rolunun artmasını nəzərə alaraq, belə beynəlxalq forumların hər il keçirilməsi məqsədəuyğun hesab etdiklərini bəyan edib.

Bəyannamədə vurğulanır ki, "ədəbiyyat, poeziya insanları, millətləri birləşdirməyə, yaxınlaşdırmağa qadirdir və Forum iştirakçıları müxtəlif problemlərə həsr olunmuş tematik müzakirələr zamanı bu amillər bir daha aşkarlanıb".

"Ənənəvi ədəbiyyat və onun müxtəlif ədəbi janrları ilə yanaşı yaranmaqda olan modern sənət nümunələrinə də diqqət ayırmalı, gənc yazarların, xüsusən də xanım şairələrin yaradıcılığı təbliğ olunmalıdır. İnternet – şəbəkə ədəbiyyatı artıq günümüzün reallığını əks etdirən kreativ məhsullara çevrilməkdə olduğunu, ciddi tənqidçilər, kulturoloqlar, ədəbiyyatşünaslar tərəfindən tədqiqə cəlb olunmağının aktuallığını nəzərə alınması vacibdir"-deyə sənəddə vurğulanır.

Sənəddə qeyd olunur ki, Şərq və Qərb ədəbi-estetik dünyagörüşlərinin sintezindən yaranan ədəbi-poetik nümunələrindən ibarət çağdaş dünya ədəbiyyatının formalaşdığını nəzərə alıb qələm adamlarının beynəlxalq aləmdə sülhə, cəmiyyətlərin daha da demokratikləşməsinə, açıq vətəndaş cəmiyyətinin formalaşmasına layiqli töhfə ola bilər.

"Forum iştirakçıları qloballaşan dünyada birgə təşəbbüslərin əhəmiyyətini əsas götürərək "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının əhatə etdiyi ölkələrin yeni nəsil yazar və şairlərin ədbi-kulturoloji şəbəkəsinin yaradılmasını təklif edirik" –deyə Forum iştirakçılarının Bakı Bəyannaməsində deyilir.

Xatırladaq ki, Beynəlxaq Muğam Mərkəzində keçirilən Forumda 20 ölkəni təmsil edən gənc şairələr iştirak edib.

AzNews.az