Türkiyənin məşhur müğənnisi Bülent Ersoy ilk orucunu restoranların birində açıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın dostları ilə iftar açan Diva restoranın çıxışında ona verilən sualları cavablayıb.
“Allahıma şükürlər olsun ki, bu il də oruc tutmaq nəsib oldu” deyən Bülent Ersoy Ramazan ayının sonunda bir konsert marafonuna başlayacağını və bayramda 3 fərqli yerdə konsert verəcəyini də dilə gətirib.
Səidə Vahid
AzNews.az