Reynmen "Dərdim olsun" mahnısından nə qədər qazanıb?

8 May 2019 12:51 (UTC+04:00)

Sosial media fenomeni Reynmen izlənmə rekordları qıran "Dərdim olsun" mahnısından pul qazanmadığını deyib.

AzNews.az xarici KIV-ə istinadən xəbər verir ki, türk müğənnisi Yusuf Aktaş sosial media hesabından izləyicilərin suallarını cavablayıb.

"Kliplə bağlılığı olan şirkət pulu mənə verməməyi məsləhət bilib, amma pulu almış olsaydım, LÖSEV-ə bağışlayacaqdım. 500-600 min lirədir... Nəsib deyilmiş, bir sonrakı işlərə inşallah...". O, belə deyib.

Səidə Vahid

AzNews.az