Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay dünən axşam alış-veriş mərkəzlərinin birində kameralara yaxalanıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxın zamanda yeni bir tamaşa ilə sevənlərinin qarşısına çıxacağını söyləyən Nurgül “Uzun müddətdir tamaşalarda oynamırdım. Amma qarşıdakı aylarda gənclərə xitab edən bir tamaşamız olacaq” deyib.
Aktrisa sevgilisi Necati Kocabay ilə haqqında çıxan evlilik xəbərlərinə də aydınlıq gətirib:
“Hal-hazırda belə bir şey yoxdur. Amma bəlli deyil, qismət işləridir. Niyə də olmasın?”.
Nigar CƏFƏR
AzNews.az