Tanınmış bəstəkar vəfat etdi

8 May 2019 14:13 (UTC+04:00)

Rusiyanın tanınmış bəstəkarı, Xalq artisti Yevgeni Krılatov 85 yaşında vəfat edib.

Bu barədə aparıcı Andrey Malaxov tvitter hesabında məlumat verib.

Qeyd edək ki, Y. Krılatov 160-dan çox film və cizgi filminə musiqi yazıb. O, tamaşaçıların yaddaşında daha çox “Prostokvaşinoda tətil” cizgi filminə və “Elektronikin macəraları” filminə bəstələdiyi musiqilərlə yadda qalıb.(qafqazinfo.az)

AzNews.az