Cavanşir Məmmədov: Onların hamısından qiymətli şəxsiyyətəm - VİDEO

8 May 2019 17:06 (UTC+04:00)

"Həmin veriliş 1 iyunda çəkilib. Uşaqların bayramı olduğundan nəvəmi gəzməyə aparmışdım. Yolda mənə zəng edib verilişə dəvət etdilər. Mən də bu cür efirə çıxmağın uyğun olub-olmadığını soruşdum. Dedilər ki, normal geyimdir, "setka sviterdi”, altında da "mayka” var".

AzNews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Cavanşir Məmmədov ARB TV-nin “Show news” verilişinə açıqlamasında deyib. Müğənni müzakirələrə səbəb olan transparan koftasından bəhs edib. C.Məmmədov özünü estrada müğənniləri ilə müqayisə edib:

“Estrada müğənniləri elə geyinirlər ki, sinəsi açıq, qolunun, ayağının tükü, hər yeri görünür, heç nə demirlər. Cavanşir Məmmədov rahat geyinə bilməz? Estrada müğənnisi adamdı, biz adam deyilik? O geyimi geyinə bilmirəm, untanıram! Amma gəzməyə gedəndə rahat geyinməliyəm axı. Mən adam deyiləm?

Demək, biz nə dənizdə, nə hovuzda çimə bilmərik? Biz hər yerdə bağlı olmalıyıq ki, nə var, nə var, xalq musiqisi oxuyuruq? Mənim özüm onların hamısından qiymətli şəxsiyyətəm”.

Aynur

AzNews.az