Demet Akalının geyimi sosial medianı ayağa qaldırdı

10 May 2019 10:20 (UTC+04:00)

Məşhur türk müğənnisi Demet Akalın İtaliya markası “Gucci” imzalı idman geyimi ilə dünən sosial medianı ayağa qaldırıb.

Popçunu bir çoxu zövqsüz adlandırıb, bəziləri isə tərzini bəyənib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Demet Akalın lüks idman paltarı üçün “Yediyiniz, içdiyiniz, geyindiyiniz , hamısı İnstagramda. Ayıbdır” deyə yazan bir izləyicisinə bu cavabı verib:

“Eyni fikirdəyəm. Amma iki illik idman paltarını geyinib çıxdım. Sadəcə bu qədər. Həm də marjinal və dəb-dəbəli həyatları yaşayan biri deyilik”.

Səidə Vahid

AzNews.az