Tünzalə Əliyevanın səhhəti pisləşdi

11 May 2019 11:26 (UTC+04:00)

Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl onkoloji xəstəlikdən əməliyyat olunan Tünzalə Əliyevanın xəstəliyi metastaz verib.

Xəstəlik aktrisanın orqanlarına yayılıb.

Qeyd edək ki , hazırda Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzindədir. Aktrisanın bir müddət əvvəl sağaldığı deyilirdi.

Rəqsanə

AzNews.az