CHP-nin İstanbul bələdiyyə başqanı namizədi Ekrem İmamoğlu ona sosial şəbəkədə dəstək olan məşhurlara səslənib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Twitter”də paylaşım edərək bu sözləri yazıb:
“Susmamaq, danışmaq, fikrini azad ifadə edə bilmək demokratiyanın ən əsas prinsiplərindən biridir. Sənətçilər, akademiklər, yazıçılar, rəssamlar danışın... Yazarlar məqalə yazsınlar, siyasətçiləri müzakirə etsinlər. Siyasətçilər bundan məmnun olmalıdırlar. Azadlıq nəfəs kimidir. Azad olmağa davam edin. Ağlınıza gələn bütün gözəl duyğuları, qucaqlaşmağı, "hər şey gözəl olacaq" deməyi unutmayın. Cəsurca və Türkiyənin gələcəyi üçün danışın, lütfən”.
Qeyd edək ki, Ekrem İmamoğlu İstanbul üzrə bələdiyyə seçkilərində iştirak edib. Türkiyənin Mərkəzi Seçki Komissiyası seçkinin nəticəsini ləğv edib.
Rəqsanə
AzNews.az