Fransalı rejissor vəfat etdi

12 May 2019 09:32 (UTC+04:00)

"Le Monde" nəşri xəbər verir ki, Brisso öz Parisdəki evində keçinib.

Rejissorun nümayəndələri faktı təsdiq ediblər.

Bununla yanaşı incəsənət xadiminin nədən öldüyü hələ ki, məlum deyil.

Jan-Klod Brisso 17 iyul 1944-cü ildə Parisdə doğulub. O, öz karyerası ərzində 12-dən çox film çəkib.

Brissoya daha çox "Bəyaz toy", "Gizli ehtiraslar" və "Selin" filmləri şöhrət gətirib.(report.az)

AzNews.az