Səfər Əbiyev ABŞ generalı ilə görüşdü

1 May 2013 14:26 (UTC+04:00)
Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı ABŞ-Azərbaycan əlaqələri, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.

AzNews.az