Fərda Xudaverdiyev ilk dəfə ailəsinin dağılmağından danışdı - "Evliliyimin bitməsində..."

13 May 2019 10:04 (UTC+04:00)

"Ailənin kökündə xoşbəxtlik dayanır və tam xoşbəxt olmayanda vurnuxmaya başlayırsan. Evliliyimi vaxtında bitirmək lazım idi. Övladlarımın xətrinə bitirməli idim. Bir evin içində övladlarımı elə görmək istəmirdim. Uşağa aliment 154 manat təyin edilibsə, mən hər uşağıma 550 -600 manat aliment verirəm. Qazancımın 70 faizini onlarındır. Məndən xahiş etmişdi ki, dünyaya gətir?".

AzNews.az xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində aktyor Fərda Xudaverdiyev deyib. O, sənətdən getməsinə də münasibət bildirib: “Nə olsun, sənətdən getdi. İnsanlar niyə bu qədər biganədirlər? Sənətdən getməyim də şou deyildi. Bəlkə mən həqiqətən ölərdim. Bu dost kimi sənə təsir etməzdi? Belə vicdansız adam olar? Mənə lazım olmayan insanları həyatımdan çıxardım”.

İntihara cəhd edən Fərda Xudaverdiyev psixoloji dəstək aldığını da gizlətməyib: “Dörd dəfə psixoloji dəstək aldım. Birinci dəfə gedəndə ilk on dəqiqə danışa bilmədim. Hönkür-hönkür ağladım".

Rəqsanə

AzNews.az