“Eurovision 2019” təmsilçimizdən çılpaq FOTO

13 May 2019 10:23 (UTC+04:00)

Təl-Əvivdə baş tutacaq “Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev maraqlı addımı ilə diqqət çəkib.

AzNews.az xəbər verir ki, o, İnstagramda fotosunu paylaşaraq “Musiqidən başqa demək istəyirəm ki, bu sənətin digər tərəfini tapmaq maraqlı bir yol idi” qeydini edib.

Xatırladaq ki, Çingiz Mustafayev Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda, mayın 16-da 18-ci nömrə ilə təmsil edəcək.

Rəqsanə

AzNews.az