Türkiyəli məşhur aktrisa Yeşim Gülün keçmiş sevgilisi intihar edib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa kredit borcuna görə dalaşdığı sevgilisi Serdar Peçendən ayrılıb.
Barışmaq üçün aktrisanın evinə gələn Serdar Peçen sevgilisini barışmağa razı sala bilmədiyi üçün özünü evin pəncərəsindən atıb.
O, hadisə yerindəcə həyatını itirib.
Qeyd edək ki, aktrisa Yeşim Gülün 53, sevgilisi Serdar Peçenin isə 28 yaşı var.
Nigar CƏFƏR
AzNews.az