Qəşəm Nəcəfzadənin 60 illik yubileyi keçiriləcək

13 May 2019 11:23 (UTC+04:00)

Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadənin 60 illik yublieyi keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbir bu gün saat 14-də Azərbaycan Yazıçılar Birliyində baş tutacaq.

Şairin oğlu Kəramət Böyükçöl atasının 60 illik yubileyini təbrik edib. O bildirib ki, mərasimdə şairin yeni kitabları təqdim olunacaq:

"Təbrik edirəm. Həm də yeni çap olunmuş kitabları təqdim olunacaq. Kişi deyir, kitabları sən sat, yaxşı bacarırsan. Zülmə düşmüşəm. Görün mən boyda yazıçını atası hansı gözdə görür: alverçi”.

Bahar RÜSTƏMLİ

AzNews.az