“Jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır”

13 May 2019 11:30 (UTC+04:00)

"Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır".

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan mətbuatında əsas işlək qüvvə qadınlardır.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasına daxil olan müraciətlərin daha çoxu qadın istismarı ilə bağlıdır.(report.az)

AzNews.az