Silahlı məktəbli gimnaziya şagirdlərini girov götürdü

13 May 2019 14:01 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində tapança ilə silahlanmış məktəbli 7 saylı gimnaziyanın şagirdlərini girov götürüb.

Bu barədə "Life" mənbələrinə istinadən məlumat verib.

Son məlumatlara görə, yeniyetmə artıq saxlanılıb. Hadisə zamanı heç kim zərər görməyib. Şagirdin bu addımı niyə atdığı hələlik məlum deyil.

Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsindən bu məlumatla bağlı rəsmi şərh verilməyib.(report.az)

AzNews.az