Azərbaycanda nazir vəzifəsindən azad edildi

13 May 2019 20:31 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilib.

AzNews.az