Bu gündən 72-ci Kann Festivalına start verilir

14 May 2019 09:11 (UTC+04:00)

Bu gün Fransanda 72-ci Kann Festivalı başlayır.

Rusiya KİV-ə istinadən verilən məlumata görə, ənənəvi festival mayın 25-dək davam edəcək.

Bu müddət ərzində festivalda müxtəlif nominasiyalar üzrə 21 tammetrajlı film nümayiş ediləcək. Onlardan 12-si Avropa, 4-ü Şimali Amerika, 3-ü Asiya, 2-si isə müvafiq olaraq Latın Amerikası və Afrika filmləri olacaq.

Xatırladaq ki, Kann festivalı ilk dəfə 1946-cı ildə keçirilib. (ONA)