“Bu silah birinci bizdə olmalıdır” - Putin

14 May 2019 09:32 (UTC+04:00)

“Hipersəs silahlarına qarşı müdafiə vasitələrini ilk olaraq Rusiya Federasiyası ixtira etməlidir”.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin Rusiyada keçirilən Silahlı Qüvvələrin inkişafı və müdafiə sənayesinə həsr olunmuş tədbirdə səsləndirib.

O qeyd edib ki, sözügedən silahlar dünyanın qabaqcıl ölkələrindən əvvəl Rusiyada olmalıdır: “Başa düşürük ki, dünyanın aparıcı ölkələrində tezliklə belə silahlar olacaq. Lakin çalışmalıyıq ki, hipersəs silahlarına qarşı müdafiə vasitələrini ilk olaraq biz yaradaq və hərbi arsenalımıza daxil edək”.(ona.az)

AzNews.az