Sarkisyan baş prokurorla görüşüb

1 May 2013 16:16 (UTC+04:00)


Ermənistan prezidenti Serj Sarkisyan İranın baş prokurorunu qəbul edib. Qulamhüseyn Mohsen Ejei Ermənistana səfəri rəsmi xarakter daşıyır.

Tərəflər iki ölkənin prokurorluqları arasında imzalanan memorandumlar, eləcə də əməkdaşlıq və məhkəmə-hüquq sahəsində Ermənistan-İran əlaqələrinin inkişafından razılıq ifadə ediblər. (anspress)

AzNews.az