Bu gün “Eurovision” başlayır

14 May 2019 10:21 (UTC+04:00)

Layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.

Festivalın açılışını ötən il qalib olan Netta Barzilai və 1998-ci ildə İsrailə birincilik gətirən Dana International edəcək. Layihənin aparıcıları isə Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoub olacaq.

Artıq dünən birinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Bu məqamda bildirək ki, səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.(qafqazinfo.az)

AzNews.az