ŞOK: ABŞ İranla müharibəyə başlayır? - Bölgəyə 120 min hərbçi göndərilir

14 May 2019 12:53 (UTC+04:00)

“New York Times” qəzeti ABŞ-ın müdafiə naziri Patrik Şanahanın Donald Trampdan İrana hücum etmək üçün 120 min əsgər istədiyini iddia edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzet Donald Trampın təhlükəsizlik üzrə yüksək səviyyəli məmurlarla iclas keçirdiyini və Orta Şərqə 120 min əsgər göndərməyi nəzərdə tutan hərbi plan haqqında danışdıqlarını yazıb.

Patrik Şanahan iclasda qeyd edib ki, İran ABŞ hərbçilərinə hücum edərsə və ya nüvə silahları ilə bağlı fəaliyyətini sürətləndirərsə, həmin plan işə düşməlidir.

Bu planın Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərliyi ilə gündəmə gətirildiyi deyilir.

Pərvanə Ağazadə

AzNews.az