Şahan Gökbakardan İmamoğlunu dəstəklədiyinə görə tənqid edənlərə cavab

14 May 2019 13:04 (UTC+04:00)

Aktyor Şahan Gökbakar CHP partiyasının namizədi Ekrem İmamoğluna dəstək verdiyi üçün tənqid edilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor onu tənqid edənlərə konstitusiyanın söz azadlığı haqqında maddəsini paylaşaraq cavab verib.

Şahan Gökbakar İmamoğluna dəstək verdiyi üçün ən çox müzakirə edilən məşhurlar sırasındadır.

Qeyd edək ki, Ekrem İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi seçkisində iştirak edib.

Rəqsanə

AzNews.az