Rusiya və Türkiyə viza rejimini ləğv edə bilər

14 May 2019 14:35 (UTC+04:00)

Rusiya və Türkiyə yaxın zamanlarda iri həcmli yük avtomobillərinin sürücüləri üçün vizaların ləğv olunması barədə razılıq əldə edə bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyi Konsulluq departamentinin direktoru İvan Volınkin deyib.

O bildirib ki, bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir.

Bundan başqa, iki ölkə arasında xidməti, eləcə də xüsusi pasportların sahibləri üçün viza rejiminin ləğv olunması ilə bağlı danışıqlar aparılır.(trend.az)

AzNews.az