Məktəblidən baş nazirə rüşvət təklifi...

14 May 2019 15:30 (UTC+04:00)

Yeni Zelandiya Baş naziri Jacinda Ardern 11 yaşlı məktəblinin qeyri-adi rüşvət təklifindən imtina edib.

Viktoriya adlı şagird hökumətin əjdahalarla bağlı araşdırmalara başlaması üçün 2,5 dollar rüşvət təklif edib.

Baş nazirə məktub yazan qızcığaz əjdaha tərbiyəçisi olmaq istədiyini qeyd edərək, hökumətdən bu istiqamətdə ona dəstək verməsini diləyib.

Məktəbli zərfin içinə 5 Yeni Zelandiya dolları, təxminən 2,5 ABŞ dolları qoyaraq arzusunu reallaşdırması üçün Jacinda Ardernə rüşvət təklif edib.

Bu qeyri-adi rüşvətdən imtina edən baş nazir Viktoriyaya məktubla cavab verib: “Əziz Viktoriya, əjdahalarla bağlı təklifin diqqətimizi cəlb elədi. Amma təəssüf ki, hazırda əjdahalarla bağlı araşdırma aparmırıq. Buna görə də rüşvət kimi təklif etdiyin pulu sənə geri qaytarıram. Amma əjdahalara diqqət göstərəcəyəm. Bunlar geyim geyinirlər? Ən xoş arzularla”.

Viktoriyanın bacısı baş nazirin məktubunu sosial şəbəkələrdə yayaraq məktəblinin telepatiyaya marağının “Stranger Things” serialından qaynaqlandığını bildirib.(teleqraf.com)

AzNews.az