Jennifer Lopez Türkiyədə konsert verəcək

14 May 2019 16:22 (UTC+04:00)

Latın musiqisinin dünyaca məşhur ulduzu Jennifer Lopez konsert üçün Türkiyəyə gəlir. O, 6 avqustda Antalyada səhnəyə çıxacaq.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, keçmiş beysbolçu Alex Rodriguezlə evlilik hazırlığında olan Jennifer Lopez toy öncəsi çıxdığı “It’s My Party” turnerində təqviminə Türkiyəni də əlavə edib.

Müğənni keçən il dünya ulduzlarını qəbul edən “Regnum Carya Live in Concert” tədbiri müddətində Antalyada pərəstişkarları ilə görüşəcək.

Sənətçi konsertdə son mahnısı “Medicine”dan əlavə “On The Floor”, “Aint It Funny”, “Love Don’t Cost a Thing” kimi bir çox hitlərini səsləndirəcək.

Səidə Vahid

AzNews.az