Orduxanın "düyməsi" və Brüsseldəki düşüklük...

14 May 2019 19:10 (UTC+04:00)

Ramin Əhmədov: "Orduxan ağalarının sifarişini yerinə yetirmək üçün şərəfsizliyin ən müxtəlif formalarını nümayiş etdirdi"

“Azərbaycana qarşı təşkil edilən "qara piar" kampaniyalarının sistemli qaydada xarici dairələrdən idarə olunduğu heç kəsdə şübhə doğurmur. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan qlobal tədbirlər, beynəlxalq idman və musiqi yarışları zamanı, eləcə də Prezident İlham Əliyev nüfuzlu tədbirlərdə iştirak edərkən Azərbaycana qarşı fəaliyyət göstərən qruplara vahid komanda verilir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müvini Ramin Əhmədov mayın 13-də 3-4 nəfər anti-milli ünsürün Brüsseldə aksiya keçirməyə cəhd göstərməsindən danışarkən deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısında iştirak edir.

R.Əhmədov hesab edir ki, İlham Əliyevin uğurlarını, dünyanın siyasi arenasında böyük nüfuz sahibi olmasını, Azərbaycanın Avropa ölkələrilə ikitərəfli münasibətlərinin durmadan inkişaf etməsini həzm edə bilməyən düşmən mərkəzlərin cənab Prezidentin Brüsselə səfəri zamanı da könül bulandırmağa yönəlmiş addımlar ata biləcəkləri gözlənilən idi: “Bu baxımdan, əsas həşəratlardan biri kimi tanınan Orduxanın dünən Brüssel küçələrində nümayiş etdirdiyi tərbiyyəsizlik qətiyyən təəccüb doğurmamalıdır. Orduxanın düyməsinə basıb, komandanı belə vermişdilər və o da ağalarının sifarişini yerinə yetirmək üçün şərəfsliyin ən müxtəlif formalarını nümayiş etdirdi. Hamı gördü ki, bu gədə hakimiyyətə və Prezidentə deyil, bilavasitə dövlətə və xalqa qarşı düşmən münasibəti bəsləyir. Orduxan və onun kimi məxluqlar dövlətin simvollarına, milli dəyərlərinə sayğısızlıq edəcək qədər korlanıblar. Erməni lobbisi tərəfindən maliyyələşdirilən layihələrdə yer alan bu şərəfsizlər üçün artıq müqəddəs heç nə qalmayıb. Elə bir səviyyəyə eniblər ki, artıq milli dəyərlərimizlə ziddiyyət təşkil edən vasitələrə əl atırlar”.

YAP yetkilisi qeyd edib ki, Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və ölkəmizin yalnız onun rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyinə inanır: “Xalq Orduxan kimi xəyanətkarların yerinin hara olduğunu yaxşı bilir. O və ətrafındakı 3-4 avaranın nə deməsindən, hansı iyrənc vasitəyə əl atmasından asılı olmayaraq, xalqı heç vaxt tutduğu düz yoldan çəkindirmək mümkün olmayacaq. (missiya.az)

AzNews.az