Ermənistan ordusunun əsgəri öldü

14 May 2019 21:26 (UTC+04:00)

Ermənistan ordusunda əsgər ölümü baş verib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz “facebook” səhifəsində yazıb.

Bildirilir ki, 1999-cu il təvəllüdlü Ararat Xaçumyan bu gün orduda baş vermiş hadisə nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır. (ona.az)

AzNews.az