Ağdamda 53 yaşlı kişini ilan sancdı

14 May 2019 22:51 (UTC+04:00)

Ağdamda 53 yaşlı kişini ilan sancıb.

Hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini Əliyev İslam Xanış oğlu həyətdə alaq otlarını təmizləyərkən ilan onun sol əlinin iki barmağını dişləyib. İ.Əliyev Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırıb. Ona ilan zəhərinə qarşı vaksin vurularaq evə buraxılıb. (ona.az)

AzNews.az