ABŞ prezidentinin korteji qəzaya düşdü

15 May 2019 00:58 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkib.

Bu barədə "Bloomberg"in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb.

O bildirib ki, qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.

"Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır", — deyə jurnalist yaralılar haqqında yazıb.

Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib. (report)

AzNews.az