Ərdoğan:“Hamımızın əzabları, yaraları eynidir“

1 May 2013 18:40 (UTC+04:00)


Milli birlik və bərabərliyin əhəmiyyətini qeyd edən Ərdoğan "Bu ölkədə hamımız eyni əzabları yaşadıq" deyib:

"Hamımızın əzabları, yaraları eynidir. Bizə əzab verən, bizim ürəyimizdə yaralar açan zehniyyət də eynidi. Biz – 76 milyon böyük bir millətin fərdləriyik".

Ərdoğan artıq Türkiyəyə əzab verən, milləti, ölkəni bədbinliyə, ümidsizliyə sürükləyən terrorun bitmə nöqtəsinə gəldiyini söyləyib. Baş nazir bunun bir alver prosesi olmadığını deyib: "İçindən keçdiyimiz mərhələ bir qalibiyyət-məğlubiyyət mərhələsi deyil. Bu proseslə birlikdə cümhuriyyətimiz daha da güclənəcək".

AzNews.az