Ronaldo “Yuventus”dan İskonu almağı xahiş etdi

15 May 2019 09:06 (UTC+04:00)

"Don Balon" xəbər verir ki, İtaliya komandası futbolçu üçün 60 milyon avrodan çox pul ödəmək niyyətində deyil.

Transferə futbolçunun özünün də komandanı tərk etmək istəyi təkan verə bilər. Belə ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm İskoya ümid bəsləmir.

Bundan əlavə, İskonun Turin klubuna alınmasını Kriştianu Ronaldo da xahiş edib. Portuqaliyalının fikrincə, yarımmüdafiədə yalnız Miralem Pyaniç yüksək tələblərə cavab verir.(report.az)

AzNews.az