Meksikada barda atışma - Ölən var

15 May 2019 09:12 (UTC+04:00)

Meksikanın Playa-del-Karmen kurort şəhərində (Kintana-Roo ştatı) silahlı şəxslər bara hücum edib.

İki silahlının barda olan insanlara atəş açması nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Bildirilir ki, silahlı hücum gecə saatlarında, barda insanların çox olduğu zamanda baş verib.

Hadisə yerinə dərhal polis əməkdaşları, ordu bölmələri və dəniz piyadaları cəlb edilib.

Yaralılara tibbi yardım göstərilib, hadisə yerində ekspertlər işləyirlər.(trend.az)

AzNews.az