Rövşən Almuradlının son tamaşası təqdim olunacaq

15 May 2019 10:13 (UTC+04:00)

Aprel ayında dayanacaqda qəfil dünyasını dəyişən mərhum rejissor Rövşən Almuradlının xatirəsinə həsr olunan açıq qapı günü keçiriləcək.

Bu barədə AzNews.az-a mərhumun oğlu Kamal Almuradlı məlumat verib.

O qeyd edib ki, fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” adlı əsəri əsasında hazırlanan tamaşa mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında təqdim olunacaq.

Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Bahar RÜSTƏMLİ

AzNews.az