Namiq Qaraçuxurlu əməliyyatından görüntülər yaydı - VİDEO

15 May 2019 10:47 (UTC+04:00)

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunub.

AzNews.az xəbər verir ki, sənətçi bir il əvvəl yıxılıb ayağını zədələyən zaman qoyulan milləri çıxartdırıb.

Namiqin əməliyyat zamanı videosu çəkilib. O, görüntüləri paylaşaraq "Sağ olsun həkimlər, hər şəraiti yaradıblar. Yeri gəlmişkən, artıq hər şey yaxşıdır. Bir neçə gündən sonra yenidən xidmətinizdəyəm" sözlərini yazıb.

Aynur

AzNews.az