Xarici mətbuat Kloppu qınadı

15 May 2019 10:50 (UTC+04:00)

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsinə dair səsləndirdiyi fikirlər xarici KİV-də də müzakirə olunub.

İngiltərə və Almaniya mətbuatı mütəxəssisin bu fikirlərini iğtişaşlara yol açdığını yazıb.

Həmkarlarımız hesab edir ki, almaniyalı məşqçi “Çelsi” və “Arsenal”ın adından danışmaqla səhvə yol verib: “Klopp belə danışmamalı idi. Düzdür, dərhal cavabını aldı, amma yenə də səhv etdi”.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək.(report.az)

AzNews.az