Şəkiyə güclü dolu düşüb

15 May 2019 11:00 (UTC+04:00)

Gecə saatlarında Şəkidə başlayan leysan xarakterli yağışdan sonra güclü dolu yağıb.

Təqribən 4-5 dəqiqə yağan dolu torpaq qatının üstünü örtüb.

Yerli sakinlərin sözlərinə görə, bu mövsümdə yağan dolu taxıl sahələri və meyvə bağları üçün ciddi təhlükə hesab edilir.(qafqazinfo.az)

AzNews.az