İranda sel iki can aldı

15 May 2019 11:11 (UTC+04:00)

İranın İsfahan vilayətinin şərqində sel nəticəsində iki nəfər həlak olub.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi açıqlamasında deyib.

M.Xalidinin sözlərinə görə, hadisə nəticəsində 27 yaşlı qadın və 5 yaşlı qız boğulub.

Xatırladaq ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.(trend.az)

AzNews.az